Tarix : 2016 Oct 31
Kod 50602

Myanma ordusu müsəlmanlara qarşı seksual zorakılıq edib

Myanmada yaşayan müsəlmanlar hərbçilər tərəfindən zorakılıq faktları ilə üzləşib. Bununla bağlı növbəti şok məlumat yayılıb.
AranNews”, Rusiya KİV-lərinə istinadən xəbər verir ki, səkkiz müsəlman qadın Raxin bölgəsində Shay Kia kəndində Myanma ordu əsgərləri tərəfindən seksual zorakılığa və qarətə məruz qalıb.
Oktyabrın 9-dan sonra həmin ərazi hərbçilər gəliblər, əsgərlər evlərinə reyd zamanı müsəlmanalara qarşı bu çirkin cinayəti törədiblər.
Məlumat üçün bildirək ki, Myanma hökuməti 1982-ci ildə Arakan müsəlmanlarının vətəndaşlıqlarını əlllərindən alıb və hazırda onlar dövlətsiz hesab edilir. Myanmada müsəlmanlar təhqir edilir, döyülür və öldürülürlər. Canını qurtarmaq istəyən müsəlmanlar qonşu ölkələrə qaçırlar. 
Xatırladaq ki, Myanmada bir milyondan çox müsəlman Arakan əyalətində qaçqın düşərgələrində yaşayır.

  • Yazılıb
  • da (də) 2016 Oct 31
  • Göndərən مدير سايت Aran News