Tarix : 2016 Oct 31
Kod 50604

İraqın türkmən döyüşçüləri: Azərbaycan xalqı istəsə Azərbaycana gedəcəyik və Qarabağı azad edəcəyik

İslam ümmətini müdafiə etmək hər bir müsəlmanın və şiənin vəzifəsidir.
Arannews- İraqın türkmən döyüşçüləri: Qarabağı azad etməyə hazırıq.
Sünnü və şiə olmasından asılı olmayaraq İslam ümmətini müdafiə etmək hər bir müsəlmanın və şiənin vəzifəsidir. İmam Hüseyn (ə) əsgərləri bu yolda cihad etməyə hazırdır. Azərbaycan xalqı istəsə, İŞİD-ə qələbə çaldıqdan sonra Azərbaycana gedəcəyik və Qarabağı azad edəcəyik.
Qarabağ mövzusu müsəlmanların öndə dayanan məsələsinə çevrilmişdir. Dünyanın uzaq yerlərindən belə bu barədə dəstək mövqeləri nümayiş etdirilir. Artıq neçə vaxtdır ki, İraq türkmənlərinin də öz müsahibə və mesajlarında Qarabağı azad etmək barədə dəstəklərinin fəal olması müşahidə olunur və onlar Qarabağı azad etməyə hazır olduqlarını bildirirlər. 
Türkmən döyüşçülərindən biri deyib: “Sünnü və şiə olmasından asılı olmayaraq İslam ümmətini müdafiə etmək hər bir müsəlmanın və şiənin vəzifəsidir. İmam Hüseyn (ə) əsgərləri bu yolda cihad etməyə hazırdır. Azərbaycan xalqı istəsə, İŞİD-ə qələbə çaldıqdan sonra Azərbaycana gedəcəyik və Qarabağı azad edəcəyik”.


  • Yazılıb
  • da (də) 2016 Oct 31
  • Göndərən مدير سايت Aran News