Arannews- Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin 4 generalını vəzifəsindən azad edib.
Vəzifəsindən azad edilənlər daxili işlər nazirinin köməkçisi, polis general-mayoru Andrey Viktoroviç, Başqırdıstanın daxili işlər naziri, polis general-leytenantı Mixail Zakomaldin və RF DİN-in baş müfəttişi, polis general-leytenantı Yevgeniya Martınovadır.
DİN generalı, Daxili Qoşunların baş komandanının birinci müavini Aleksandr Butin isə hərbi xidmətdən kənarlaşdırılıb.
Rusiya prezidentinin fərmanına əsasən, Leninqrad vilayətinin prokuroru Stanislav İvanov da vəzifəsindən azad edilib.