Arannews- Ermənistanın köklü islahatlara ehtiyacı var.
bunu Ermənistan mətbuatına açıqlamasında erməni publisist Artsrun Pepanyan söyləyib.
Onun sözlərinə görə, əgər bu islahatlar baş tutmasa, Ermənistan yox olacaq:
“Əgər dəyişiklik istəyirsinizsə, ölkədəki reallığın yaranma səbəblərini öyrənin. Mən nə vaxtsa hökumət rəhbərinin belə şeylər haqqında danışdığını görməmişəm. Xalqın tələblərini yerinə yetirməsələr, dəyişikliklər kosmetik olsa, reallıq onları mühasirəyə alıb məhv edəcək”.