Tarix : 2016 Nov 01
Kod 50610

Rauf Mirqədirov İsveçrə hökumətindən siyasi mühacir statusu almaq istəyir

Bu haqda vəkil Fuad Ağayev məlumat verib.
Arannews- Sentyabrın 16-da Azərbaycan Respublikasından gedən jurnalist Rauf Mirqədirovun İsveçrə hökumətinə sığınmaq məqsədilə müraciət etdiyi bildirilir.
Bu haqda vəkil Fuad Ağayev məlumat verib.
Vəkilin bildirməsinə görə, R.Mirqədirov İsveçrə hökumətindən siyasi mühacir statusu almaq istəyir: «Mənim bu haqda informasiyam ancaq bu qədərdir», - deyə F.Ağayev bildirib.
2014-cü ilin aprelində Türkiyədən Azərbaycana deportasiya edilən jurnalist Rauf Mirqədirov həbs edilib. Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində R.Mirqədirova 6 il həbs cəzası verilib. Amma bu il Bakı Apellyasiya Məhkəməsi jurnalistlə bağlı hökmü dəyişdirərək, 6 il həbs cəzasını 5 il şərti cəza ilə əvəz edib. R.Mirqədirov bu il sentyabrın 16-da Azərbaycan Respublikasından gedib.


  • Yazılıb
  • da (də) 2016 Nov 01
  • Göndərən مدير سايت Aran News