Ərbəin hadisələri haqqında müxtəlif kitablarda çoxlu mövzular vardır
Ərbəin hadisələri haqqında müxtəlif kitablarda çoxlu mövzular vardır. Seyid ibn Tavusun “Luhuf” kitabı məqtəl kitabları arasında daha mötəbər olduğu üçün Ərbəin hadisəsini bu kitabdan nəql edirik. Seyid ibn Tavus yazır: “Hüseynin (ə) ailə-uşaqları Şamdan Mədinəyə tərəf hərəkət etdilər və İraqa çatdılar. Bələdçiyə dedilər ki, bizi Kərbəla yolu ilə apar. Bələdçi onları Kərbəla yolu ilə apardı və karvan şəhidlərin qətligahına yetişdi. Cabir ibn Abdullah Ənsari, Bəni Haşimdən olan bir dəstə kişi və qadınla İmam Hüseynin (ə) qəbrini ziyarət edirdi. Onlar birdən hamılıqla bərk ağlamağa başladılar, öz üzlərinə sili vurdular, nalə və şivən etdilər. Qonşu kəndlərin qadınları da onlara qoşuldu. Bir neçə gün Kərbəlada qalaraq əzadarlıq etdilər”. (“Luhuf”, səh. 255)