Tarix : 2016 Nov 01
Kod 50612

Akif Heydərli ABŞ və onun koalisiyasına daxil olan ölkələri sərt tənqid edib

Akif Heydərlinin sözlərinə görə, istər Suriya və İraqda, istərsə də Yəməndə baş verən hadisələrdə dinc əhalinin qətl olunmasında koalisiya qüvvələrinin, Səudiyyə rejiminin məsuliyyəti var.
Arannews- İraq ordusunun ən böyük vilayətlərdən biri olan Mosulun İŞİD terrorçularından azad edilməsi istiqamətində hərbi əməliyyatlara start verməsindən dərhal sonra ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri, Türkiyə və digər dövlətlər müdaxiləyə başladılar.  Bu müdaxilənin İraq ordusuna dəstək xarakterli olduğu bildirilsə də, əslində reallıq başqa mətləblərdən xəbər verir.  Məsələn İraq ordusunun Mosulda İŞİD-ə qarşı əməliyyatlara başlaması koalisiya qüvvələrini narahat etsə də, Səudiyyə rejiminin Yəməndə törətdiyi qətliamlar dünya güclərini zərrə qədər də incitmir.
Bəs görəsən bu biganəliyin, ögey münasibətin səbəbi nədir?
Mövzunu politoloq Akif Heydərli şərh edib. Politoloq bildirib ki, Mosulda İŞİD-ə qarşı hərbi əməliyyatlar İraq ordusunun komandanlığı altında aparılmalıdır: “ Bu dinc əhali arasında itkilərin az olması baxımından olduqca zəruridir.  Buna baxmayaraq ABŞ və koalisiya qüvvələri də, Mosulda əməliyyatlara müdaxilə edirlər. Onların doğurdanmı İŞİD-ə qarşı döyüşmələri, yaxud terror təşkilatı komandirlərinin mühasirədən azad edilməsi istiqamətində hərbi əməliyyatlara qatılmaları bəlli deyil.  Belə olan halda isə koalisiya bombardmanları nəticəsində həlak olan dinc insanların məsuliyyətini İraq ordusu deyil, ABŞ və onun müttəfiqləri daşıyır”.
Akif Heydərlinin sözlərinə görə,  istər Suriya və İraqda, istərsə də Yəməndə baş verən hadisələrdə dinc əhalinin qətl olunmasında koalisiya qüvvələrinin, Səudiyyə rejiminin məsuliyyəti var: “ ABŞ və koalisiya qüvvələri guya Mosulu azad etmək uğrunda döyüşdüklərini bəyan etsələr də, əslində reallıq tam fərqlidir. Çünki Yəməndə Səudiyyə rejiminə qətliam törətməkdə dəstək verən məhz ABŞ və onun koalisiyasına daxil olan ölkələrdir. Deməli onların  İŞİD-ə qarşı mübarizələri nə Mosulun azad edilməsinə, nə də mülki əhalinin xilasına hesablanıb.  Əksinə qaynar nöqtələrin sayını artırmaq və daha çox insanları qətliama məruz qoymaq ABŞ və koalisiya qüvvələrinin başlıca hədəflərindədir. Çünki bu qüvvələrin gizli fəaliyyət planları mövcuddur. Bu fəaliyyət planlarını bir sıra müsəlman ölkələrində, Yəməndə, Suriyada və iraqda həyata keçirirlər”.


  • Yazılıb
  • da (də) 2016 Nov 01
  • Göndərən مدير سايت Aran News