Tarix : 2016 Nov 01
Kod 50613

Pyotr Poroşenko zəif prezidentdir

bunu ukraynalı deputat Nadejda Savçenko deyib.
Arannews- Pyotr Poroşenko zəif prezidentdir.
bunu “112 Ukraina” televiziyasına müsahibəsində ukraynalı deputat Nadejda Savçenko söyləyib. Onun sözlərinə görə, Poroşenko həm hakimiyyətdə qalmağa, həm də avropalı tərəfdaşların tələblərini yerinə yetirməyə çalışır.
Qeyd edək ki, bir müddət öncə Savçenko Ukrayna hakimiyyətinin Donbas siyasətini pisləyib. O, torpaqların geri qaytarılması üçün Donbas liderləri ilə danışıqlara hazır olduğunu da söyləyib. Savçenkonun bu çıxışı mətbuatda və sosial şəbəkələrdə onun Rusiya kəşfiyyatının xəfiyyəsi olması fikrinin yaranmasına səbəb olub. Oktyabrın sonunda deputatın qəfildən Moskvaya səfəri onun xəfiyyə olması ilə bağlı söz-söhbəti daha da artırıb.


  • Yazılıb
  • da (də) 2016 Nov 01
  • Göndərən مدير سايت Aran News