Ərbəinin əhəmiyyəti ondadır ki, həmin gün Peyğəmbər (s) ailəsinin ilahi tədbiri ilə Hüseynin (ə) qiyamı cavidan oldu və bu işin təməli qoyuldu.
rƏrbəinin əhəmiyyəti nədədir? Təkcə bir şəhidin vəfatının qırxıncı günüdürmü? Onun özəlliyi budur ki, həmin gündə İmam Hüseynin (ə) xatirəsi yenidən canlanır. Bu çox mühüm bir məsələdir. Fərz edin ki, tarixdə bu böyük hadisə baş verirdi, Hüseyn (ə) və səhabələri Kərbəlada şəhid olurdu; ancaq Bəni Üməyyə Hüseyn (ə) və onun silahdaşlarının pak cəsmlərini torpaq altında gizlətdiyi kimi onların xatirələrini də nəsillərdən gizlədə və məhv edə bilsəydi, bu şəhadətin İslam dünyası üçün nə faydası olacaqdı? Yaxud həmin günlər təsir qoysaydı da bu xatirə tarixdə sonrakı nəsilləri üçün, tarixin gələcək müşküllərini, qaranlıqlarını, yezidlərini ifşa etmək üçün nə təsiri olacaqdı? Əgər Hüseyn (ə) şəhid olurdu, ancaq o dövrün camaatı, yaxud sonrakı nəsillər Hüseynin (ə) şəhid olmasını başa düşməsəydi, xalqların və toplumların hidayət olmasında, onların inkişafının formalaşmasında və tarixdə bu xatirənin nə rolu olacaqdı?
Ərbəinin əhəmiyyəti
Ərbəinin əhəmiyyəti ondadır ki, həmin gün Peyğəmbər (s) ailəsinin ilahi tədbiri ilə Hüseynin (ə) qiyamı cavidan oldu və bu işin təməli qoyuldu. Şəhidlərin davamçıları və Aşura günü Hüseyn ibn Əlinin (ə) şəhadəti kimi müxtəlif hadisələrin əsas sahiblərinin ardıcılları şəhadətin xatirə və təsirini qorumasa, gələcək nəsillər şəhadətin nailiyyətlərindən yetərli istifadə edə bilməyəcəklər.
Düzdür ki, Mütəal Allah şəhidləri bu dünyada da diri saxlayır, şəhid tarix və xalqın yaddaşında əbədi yaşayır; ancaq Allah Taalanın bu iş üçün –bütün digər işlər kimi – qərar verdiyi təbii vasitə vardır və o vasitə bizim ixtiyar və iradəmizdir. Biz öz düzgün və yerində hərəkətimizlə şəhidlərin xatirəsini, şəhadətlərinin fəlsəfəsini diriltməli və canlı saxlamalıyıq.
Ərbəinin öyrətdiyi dərsi
Ərbəinin bizə verdiyi dərs budur ki, düşmənin təbliğat tufanı qarşısında şəhadət xatirəsini və həqiqətini diri saxlayaq. Baxın, inqilabın əvvəlindən bu günə kimi inqilab, İmam Xomeyni, İslam və bu xalqa qarşı hansı ölçülərdə təbliğatlar olmuşdur?! İslamın, vətənin, xalqın heysiyyət və şərəfini müdafiə etdiyimiz müharibə əleyhinə hansı tufan və təbliğatlar aparılırdı. Görün, ən böyük sərmayələri olan canlarını Allah yolunda fəda edən əziz şəhidlərə qarşı düşmən nələr etdi?! Birbaşa və dolayı yollarla, radiolarla, qəzet, jurnal, kitab çap etməklə dünyanın hər yerində sadəlövh insanların zehnilərində nələr yarada bildilər?!
Hətta, müharibə getdiyi bir zamanda öz ölkəmizdə də bəzi sadə, nadan, həmçinin üzürlü və üzürsüz adamlar bəzən elə sözlər danışırdılar ki, bu sözlər onların həqiqəti dərk etməməsindən xəbər verirdi. Bu sözlər İmamı narahat edirdi və onu mələkuti fəryadlarla həqiqəti açıq-aydın bəyan etməyə məcbur edirdi.
Bu təbliğatların qarşısında haqq təbliğat olmasaydı və olmasa, İran xalqının, söz, qələm incəsənət əhlinin maarifi ölkədə olan həqiqətlərin xidmətində dayanmasa, təbliğat meydanında düşmən qalib gələcək. Təbliğat meydanı çox böyük və təhlükəli bir meydandır. Əlbəttə, inqilabın bərəkəti ilə xalqımız düşmən təbliğatı qarşısında sığortalanmışdır. Düşmən o qədər yalan danışdı və camaatın gözü qarşısında o qədər düzü əyri göstərməyə cəhd etdi ki, sonda xalqın dünya təbliğatının sözlərinə, iftiralarına, uydurmalarına inamı tamamilə itdi.
Yezidin zülm aparatı öz təbliğatı ilə Hüseyn ibn Əlini (ə) məhkum etməyə çalışırdı və o həzrəti adil və islami bir hökumətə qarşı çıxmış üsyançı, dünya üçün qiyam etmiş bir şəxs kimi göstərməyə təlaş edirdi. Bəziləri də bu yalan təbliğata uymuşdular. Hüseyn ibn Əli (ə) Kərbəla səhrasında zalımların əli ilə faciəli şəkildə şəhid olduqdan sorna bunu bir fəth və qələbə kimi cilvələndirməyə cəhd etdilər. Ancaq imamət məktəbinin düzgün təbliğatı bütün bu uydurmaları dəyişdi. Haqq belədir.
Həzrət Ayətullah əl-üzma Xameneinin çıxışlarından; 20/9/1989