Tarix : 2016 Nov 02
Kod 50618

"Bədr" briqadasının rəhbəri: Terrora son qoymaq üçün Suriyaya da getməyə hazırıq!

"Ehtiyac olsa və Ali Baş Komandan da əmr etsə, biz Suriyaya getməyə də hazırıq..."
Arannews.co-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, İraqın “Bədr” briqadasının rəhbəri Hadi əl-Amiri İŞİD-lə mübarizə aparmaq məqsədilə Suriyaya getməyə hazır olduqlarını dilə gətirib.
İŞİD-in məhvinə qərarlı olduqlarını deyən əl-Amiri bildirib: “Heydər əl-Abadi ilə belə qərara gəlmişik ki, Mosula daxil olmayaq. Bu şəhərə yalnız ehtiyac olduğu zaman daxil olacağıq. Bizim Mosulun qərbində yer almağımızın əsas hədəfi terrorçuların mühasirəsini daraltmaq və yolu üzlərinə bağlamaqdır. Bizim məqsədimiz şəhərlərimizin azad olunması və ölkə sərhədlərinin təmizlənməsidir. Ehtiyac olsa və Ali Baş Komandan (Heydər əl-Abadi) da əmr etsə, biz Suriyaya getməyə də hazırıq. Çünki biz düşünürük ki, İŞİD Suriyada məğlub olmazsa terror faktoru hələ də ölkəmizi təhdid edəcək.”

  • Yazılıb
  • da (də) 2016 Nov 02
  • Göndərən مدير سايت Aran News