Bəhreyndə dinc xalq nümayişlərinin başlamasından 5 il keçməsindən sonra, Bəhreyn kralının xalqa qarşı cinayətlərinin daha bir nümunəsi ifşa olub.
Əl-Lolo televiziyasının oktyabrın 30-da verdiyi xəbərinə əsasən, ABŞ-ın sabiq dövlət katibi Hillari Klintonun məxfi elektron məktubları vasitəsilə ələ keçirilən sənədlərdə, dinc xalq nümayişlərinə qatılan Bəhreyn xalqının öldürülməsi əmrinin şəxsən Bəhreyn kralı Haməd bin İsa Əl Xəlifə tərəfindən verildiyi bildirilib.
2011-ci ilin mart aylarına aid olduğu qeyd olunan bu sənədlərdə, Bəhreyn kralının Əl-Lolo meydanında dinc xalq nümayişlərinə qatılan Bəhreyn xalqına qarşı ən ağır təzyiq və işgəncə üsullarının həyata keçirilməsi əmrinin verildiyi qeyd olunub.
Həmin məxfi sənədlərdə, həmçinin Bəhreyn kralının Səudiyyə Kralı Abdullah bin Əbdüləzizin müşavirlərinə, aksiyalara qoşulan bəhreynliləri öldürmək məqsədilə atəş açmaları əmrini verdiyi məlum olub.
Qeyd edək ki, Bəhreyndə 2011-ci ilin fevral ayından etibarən Ali-Xəli rejimi əleyhinə dinc xalq nümayişlərinə başlanıb.