Tarix : 2016 Nov 02
Kod 50622

İslam Əməkdaşlıq Təşkilatının baş katibi istefa verib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Mədəni vəzifəsindən istefa verib.
"AranNews"-un verdiyi məlumata görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat verib. 
Məlumata əsasən, İyad Mədəni səhhəti ilə əlaqədar tutduğu vəzifədən istefa verməyi qərara alıb. 
Ötən həftə mətbuat konfransında çıxış edən İyad Mədəni Misir prezidenti Əs-Sisini Tunisin dövlət başçısı ilə səhv salıb. 
“Əminəm ki, sizin soyuducunuzda sudan başqa daha nə isə var”, yanlışlığını zarafatla düzəltmək istəyən İyad Mədəni Tunis prezidenti Beji Kaid əs-Sebsiyə deyib. Bu sözlərə görə İslam Əməkdaşlıq Təşkilatının baş katibi tənqid atəşinə tuş gəlib.
Qeyd edək ki, bir müddət əvvəl Şərm-əş-Şeyxdə gənclər qarşısında çıxış edən Misir prezidenti Əbdülfəttah Əs-Sisi 10 il ərzində soyuducusunda yalnız suyun yer aldığını bildirib.
Səudiyyə Ərəbistanının sabiq Mədəniyyət naziri İyad Mədəni 2013-cü ildə İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilmişdi.
  • Yazılıb
  • da (də) 2016 Nov 02
  • Göndərən مدير سايت Aran News