Tarix : 2016 Nov 02
Kod 50626

Türkiyədə həbslər davam edir

Türkiyədə FETÖ ilə əlaqədar olan 55 zabit həbs edilib.
Arannews- Türkiyədə FETÖ şəbəkəsinin qiyam cəhdi ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində İzmirdə saxlanılan 65 zabitdən 55-i həbs edilib.
İzmirin Foça Cümhuriyyət Baş Prokuroru Əli Öztürk bu barədə qərar verib.
Sözügedən şəxslər “Silahlı terror qruplaşmasına üzv olmaq” maddəsilə təqsirli biliniblər.
Bundan əlavə, sərbəst buraxılan 10 nəfərə isə ölkə xaricinə çıxmaq qadağan edilib.
Qeyd edək ki, bir müddət əvvəl polisin İzmirin Foça Hərbi Dəniz bazasında həyata keçirdiyi əməliyyat nəticəsində FETÖ ilə əlaqədə şübhəli bilinən 65 zabit saxlanılmışdı.

  • Yazılıb
  • da (də) 2016 Nov 02
  • Göndərən مدير سايت Aran News