Tarix : 2016 Nov 02
Kod 50628

Həzrəti Məhəmməd (s) filmi Rusiyanın kinozallarında nümayiş olunacaq

Bir çox kinematoqraflar bu filmin təkcə İslam dünyasında deyil, xristian dünyasında da böyük əks-səda doğuracağını söyləyirlər.
Arannews- Həzrəti Məhəmmədin uşaqlıq dövründən bəhs edən "Həzrəti Məhəmməd: Allahın elçisi" filmi, noyabrın 18-dən etibarən Rusiya kinoteatrlarında nümayiş olunacaq. 
dağıstanlı tamaşaçılar İran kinematoqrafçılarının ilk tarixi filminə baxacaqlar. Filmin nümayişi noyabrın 18-də Dağıstanın ("Rusiya", "Moskva", "Oktyabr", "Мirkato") kinoteatrlarında nümayiş olunacaq.
Filmin yaradılması üzərində dünya səviyyəli rejissor Məcid Məcidinin böyük əməyi olub. Filmin çəkilişindən öncə çox böyük tədqiqat işləri aparılıb, Yaxın Şərq və Afrika (Livan, İraq) (Mərakeş, Əlcəzair, Tunis) ölkələrində saxlanılan, onlarla qədim tarixi yerlər diqqətlə öyrənilmişdir. Rejissor bu filmin ssenarisi üzərində hələ 2007-ci ildə işləməyə başlayıb və o, yalnız qaralama variantının ssenarisinin yazılması üçün təxminən iki il vaxt sərf edib.
Əsas çəkilişlər aparmaq üçün Tehranın 55 kilometrliyində "Nur" (İşıq) kinoşəhərciyi tikilib. Orada ərazinin landşaftı, təbiəti qədim Məkkə və Mədinənin səhralığı ilə böyük oxşarlığı var. Çəkilişlərin bir hissəsi, həmçinin Fars körfəzinin sahilindəki səhra - Dəşte-Lut və CAR-da aparılıb. Filmin çəkilişində beş yüz aktyor cəlb olunub. Müxtəlif ölkələrdən mütəxəssislər dəvət olunub. 
Film real tarixi faktlar əsasında yaradılıb və VII əsrdə Ərəbistan baş verən hadisələr təsvir edilib.
Film "Oskar" kino mükafatı üçün, Ən Yaxşı bədii film nominasiyası üzrə namizədliyini irəli sürülüb.
Bir çox kinematoqraflar bu filmin təkcə İslam dünyasında deyil, xristian dünyasında da böyük əks-səda doğuracağını söyləyirlər.


  • Yazılıb
  • da (də) 2016 Nov 02
  • Göndərən مدير سايت Aran News