Tarix : 2016 Nov 03
Kod 50631

Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyatı təhlükədədır

bu səbəbdən girovların ailə üzvləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin önünə toplaşıb yardım istəyiblər.
Arannews- 2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin həyatı təhlükədədır.
bu səbəbdən girovların ailə üzvləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin önünə toplaşıb yardım istəyiblər. Ermənistan hərbçiləri tərəfindən girov götürülən azərbaycanlı girovlardan biri Şahbaz Quliyevin sonuncu dəfə yazdığı məktub bacısına verilib.
Bu barədə isə Ş.Quliyevin qardaşı Manaf Quliyev məlumat verib. “Məktubun əvvəlki cümlələri heç də digərlərindən fərqlənmir. O, səhhətinin yaxşı olduğunu, ancaq anamdan nigaran olduğunu yazıb”,- deyə M.Quliyev bildirib. Girovluqda olan soydaşımız məktubda Dilqəm Əsəgrovdan də söz açaraq onun səhhətinin ağır olduğunu bildirib: “Artıq Dilqəmi başqa yerə aparıblar. Onun vəziyyətı yaxşı deyildi, son günlər halı daha da pisləşmişdi. İndi onu başqa yerə aparıblar ondan xəbər tuta bilmirəm”,- deyə Şahbaz Quliyev yazıb.
Artıq iki ildən çoxdur ki, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov çarəsiz durumdadır. Bu haqda girovun oğlu rəsmi qurumların məsələyə laqeydliyindən narazılığını ifadə edib: “Uzun müddətdir ki, atamdan nə normal xəbər alıram, nə də hansısa qurumun normal iş həyata keçirdiyini görürəm. Ayda bir dəfə məktub gəlir, onu da kimin yazdığını bilmirəm artıq. Bu belə davam edə bilməz”.
K.Əsgərov sonunda ölüm olsa da, atasını görməyə gedəcəyini deyir: “Əgər bacarmırlarsa, mən özüm atamın arxasınca gedəcəm. Ermənilərdən də qorxmuram. Sadəcə, bizimkilər imkan versin ki, mən ora gedə bilim. Tək Kəlbəcərdən yox, Qarabağdan-Ağdam, Qubadlı, Zəngilan, Laçın rayonlarının hərəsindən 2-3 könüllü olsa, yığışıb Kəlbəcərə gedəcəm. Sonunda ölüm varsa belə, atama qovuşmaq istəyirəm”.
Qeyd edək ki, işğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadliqdan məhrum edilib. Onlarla birlikdə olan Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti Ermənistandan alınaraq Bakıda dəfn edilib.


  • Yazılıb
  • da (də) 2016 Nov 03
  • Göndərən مدير سايت Aran News