Tarix : 2016 Nov 03
Kod 50632

Türkiyə XİN Rəhbəri Üzr İstədi

Mövlud Çavuşoğlu Türkiyə qırıcısı tərəfindən vurulmuş Rusiya Su-24 hərbi təyyarəsinin pilotunun həyat yoldaşından şəxsən üzr istədi.
Arannews- Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Suriya səmasında Türkiyə qırıcısı tərəfindən vurulmuş Rusiya Su-24 hərbi təyyarəsinin pilotunun həyat yoldaşından şəxsən üzr istəməyə hazırdır. Üstəlik Ankara ona təzminat ödəməyə də hazırdır.
"Biz həlak olmuş pilotun ailəsinə maddi yardım etmək istərdik. Mən cənab Lavrova (Rusiyanın xarici işlər naziri - red.) bildirmişəm ki, ölmüş rus pilotunun həyat yoldaşı razı olarsa, onu ziyarət edərək öz üzrxahlığımı ifadə etməyə və başsağlığı verməyə hazıram.", - deyə Çavuşoğlu bildirib.


  • Yazılıb
  • da (də) 2016 Nov 03
  • Göndərən مدير سايت Aran News