Tarix : 2016 Nov 03
Kod 50633

Türkiyə Sionist Rejimilə əməkdaşlığını böyütmək istəyir

"Israel Defence" jurnalı Türkiyənin "M60" növündə 300 ədəd tank və 100 ədəd "Leopard 2" tankının inkişaf etdirilməsi üçün İsraillə anlaşmaq istədiyini açıqlayıb.
Arannews- işğalçı sionist rejimində nəşr edilən hərbi "Israel Defence" jurnalı Türkiyənin "M60" növündə 300 ədəd tank və 100 ədəd "Leopard 2" tankının inkişaf etdirilməsi üçün sionist rejimilə anlaşmaq istədiyini açıqlayıb.
Məlumatda işğalçı sionist rejiminin 90-cı illərdə eyni növdə olan 170 türk tankını uğurla inkişaf etdirildiyi və həmin tankların Suriyaya qarşı əməliyyatlarda da istifadə edildiyi qeyd edilib.
Israel Defense jurnalında yazan hərbi ekspertlər, bu müqavilənin hər tank üçün 2-3 milyon dollar ətrafında olacağını və sionist rejiminin "müdafiə" sənayesi üçün keçmişdə olduğu kimi böyük nailiyyət olacağını qeyd ediblər.


  • Yazılıb
  • da (də) 2016 Nov 03
  • Göndərən مدير سايت Aran News