Tarix : 2016 Nov 03
Kod 50634

Nardaranda bağışlanılan işıq və qaz pulları yenidən yığılır!!!

kimlərsə gizli şəkildə prezidentin sildiyi işıq borcu sakinlərdən alırlar???
Arannews- Bu ilin iyun ayında prezident İlham Əliyev Bakının Nardaran qəsəbəsinə baş çəkib və orda
 yerli sakinlərlə görüşüb. 
Dövlət başçısı Nardaran əhalisinə yazılan 42 milyon 267 min manat elektrik enerjisi borcu silindiyini açılqayıb. Bu xəbər Azərbaycanda fəaliyyət göstərən əksər KİV-də “Nardaranlıların 42 milyon manatlıq işıq pulu borcu silindi” sərlövhəsi ilə yayılıb. Maraqlıdır ki, həmin görüşdən ötən 4 ay ərzində nardaranlıların işıq borcu müvafiq qurumlar tərəfindən silinməyib. Belə görüntü yaranır ki, kimlərsə bu məsələdə sabotajla məşğuldur.
İşıq idarəsinin əməkdaşları qəsəbə sakinlərindən bu gün də borclarını tələb edirlər. Borcu vermək istəməyənlərin işığını kəsirlər.
Nardaran qəsəbəsində prezident əhalinin borcunu silsə də, faktiki olaraq borc yerli sakinlərdən alınır. Hətta prezidentin yerli sakinlərlə görüşdüyü müqəddəs “Rəhimə xanım ziyarətgahı”nın da “Azərişıq”a 89 min manatlıq borcu silinməyib. Həmin borcu hissə-hissə, hər ay ziyarətgahdan da alırlar.
Fakt budur ki, kimlərsə gizli şəkildə prezidentin sildiyi işıq borcu sakinlərdən alırlar. Şikayət edənlərə isə deyilir ki, prezident qeyri-əhalinin(!) elektrik enerjisinə olan borcunu silib, bunun əhaliyə aidiyyəti yoxdur.
Ekspertlər deyirlər ki, prezident 42 milyon manatlıq borcun silindiyinə dair sərəncam veribsə, müvafiq dövlət qurumları həmin borcun silinməsini təmin etmək üçün hərəkətə keçirlər. Uyğun sənədləşmə işləri aparılır. Həmin borc dövlət büdcəsi hesabına silinir. 42 milyon manatı dövlət ödəyibsə, bu pulu Nardaran sakinlərindən alanlar bunu hansı məqsədlə edir və həmin pulu hara yönəldirlər?


  • Yazılıb
  • da (də) 2016 Nov 03
  • Göndərən مدير سايت Aran News