Türkiyə hökuməti Suriyanın şimal hissəsində hərbi baza yaradılmasına dair qərar qəbul edib.
“AranNews”-un, Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu hərbi baza Türkiyənin Suriyada artıq iki aydan çoxdur keçirdiyi hərbi əməliyyatların möhkəmləndirilməsi üçün keçirilir. Hərbi baza qızğın döyüşlər gedən Hələbdə qurulacaq.
Türkiyəli mühəndislər həmin bazanı aerodromla da təchiz edəcəklər. Bu bazada Türkiyənin hərbi instrukturları Suriya "müxalifəti"nin döyüşçülərinə təlimlər keçəcəklər.