İmam Rzanın (ə) mütəhhər hərəmi Ərbəin münasibətilə Mehran sərhəd məntəqəsində, Nəcəf-Kərbəla prospektində və İmam Hüseynin (ə) hərəmi yaxınlığında zəvvarlara xidmət çadırları istifadəyə verəcək.
“AstanNews” xəbər verir ki, Qüds Rəzəvi ostanının müqəddəs məkanlar və zəvvarın işləri üzrə rəsmisi Seyyid Xəlil Münəbbəti Nəcəf-Kərbəla prospekti üzərində 40 min kvadratmetrlik ərazidə 5 min nəfərə xidmət edəcək qonaq evinin İmam Qüds Rəzəvi ostanına vəqf edildiyini bildirib. "Mehran sərhəd məntəqəsində 2 mətbəx mərkəzi inşa edilmişdir. Həmin mətbəx Ərbəin zəvvarlarının gəlişi zamanı 150 min zəvvarı qəbul edəcək gücdədir. Kərbəla şəhərində isə İmam Hüseynin (ə) hərəminin yaxınlığında, 24 saat açıq 30-45 min zəvvar qəbul edə biləcək və Ərbəindən 2 gün sonraya qədər xidmət göstərəcək İmam Rzanın (ə) adına bir qonaq evi inşa edilmişdir".
Bundan başqa İmam Rzanın (ə) pak hərəminin 200 nəfər xuddamı Ərbəin zəvvarlarına xidmət etmək üçün Kərbəla şəhərinə göndərilib.