Ayətullah Xameneyi, Suriya böhranı ilə bağlı Amerika Birləşmiş Ştatları ilə hər hansı danışığın mümkün olmadığını bəyan edib.
“AranNews”-un verdiyi məlumata görə, 1979-cu ildə Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü ərəfəsində tələbələr qarşısında çıxış edən Ayətullah Xameneyi Birləşmiş Ştatların xüsusilə nüvə sazişindən sonra etibarsız tərəfdaş olduğunu deyib.
Suriya böhranı ilə bağlı danışan Ali lider ABŞ-la danışıqların regionda daha çox problemlərə səbəb olacağını ifadə edib.
Ayətullah Xameneyi deyib: “ABŞ-ın məqsədi İranın inkişafının qarşısını almaqdır. Onlarla danışıqlar bölgədə problemi həll etməyəcək, əksinə yenilərini yaradacaq.”