Bombanın aktivləşməsi üçün, oyuncağı yerdən qaldırmaq kifayətdir.
“FOX News” xəbər verir ki, Telekanalın təqdim etdiyi kadrlardan görünür ki, terrorçular Mosul küçələrinə içərisinə bomba qoyulmuş yumşaq oyuncaqlar qoyublar. Bildirilir ki, belə tələlər artıq bir neçə uşağın ölümünə səbəb olub. Bombanın aktivləşməsi üçün, oyuncağı yerdən qaldırmaq kifayətdir.
Ekspertlər hesab edirlər ki, yeni qəddar tələ, uşaqlar üçün qoyulub. Yeri gəlmişkən, İŞİD-in uşaqlara qarşı qəddarlığı bununla bitmir.
Daily Mail terror üzvlərinin vəhşiliyini nümayiş edən məqalə yayınlamışdı. Bu vəhşiliyin şahidi qurbanlardan birinin anasıdır.
Bildirilir ki, terrorçular xristian yeniyetmələrin kütləvi edamını həyata keçiriblər. Qurbanlardan birinin anası Elis Assaf deyir ki, oğlundan əlavə terrorçular daha 250 uşağı güllələyiblər, sonra isə nümayişkaranə surətdə xəmiryoğuran maşına atıblar. Bu işdən qəzəblənən 6 çörəkçi isə daha qəddarcasına öldürülüb. Belə ki, onlar çtrəkböişirmə sobasına salınaraq, diri-diri yandırılıblar.