Tarix : 2016 Nov 03
Kod 50639

Bəşər Əsəd: "Ən azı 2021-ci ilə qədər vəzifədə qalmağı planlaşdırıram"

Suriya prezidenti Bəşər Əsəd ən azı 2021-ci ilə qədər vəzifədə qalmağı planlaşdırdığını deyib.
“AranNews”-un verdiyi məlumata görə, ABŞ və Qərb jurnalistlərini qəbul edən Əsəd, Suriyadakı ictimai quruluşun qarşıdurma dövrünün başlanğıcından daha yaxşı vəziyyətdə olduğunu bildirib. "Zalım prezident, yaxşıları öldürməyə çalışan pis insan" kimi qəzet manşetlərinə çıxarıldığını deyən Əsəd belə danışıb: "Bu hekayədən xəbərdarsınız. Əsl səbəbi hökuməti devirməkdir. Bu hökumət ABŞ-ın meyarlarına uyğun gəlmir".
Suriya prezidenti minlərlə suriyalının terrorçular tərəfindən öldürülməsinə baxmayaraq, heç kəsin "hərbi cinayətlər" barədə danışmadığını deyib. O, hökumət qüvvələrinin xəstəxanalara və tibb işçilərinə hücum etmələrinə dair iddialarla bağlı bunları deyib: "Tutaq ki, bu iddiaların doğru olduğunu qəbul etdik. Prezident öz insanlarını öldürdü və ABŞ da suriyalılara yardım edir. Buna kim inanar. 5 il yarımdan sonra bəs məni kim dəstəklədi? Xalqım məni dəstəkləməsə, necə prezident olardım? Bu reallığı əks etdirən bir hekayə deyil".
Ona dəstək verənlərin bir qisminin Bəəs partiyasının siyasətini tənqid etdiyini və təkfirçilərin hakimiyyətə gəlməsi ssenarisindən də qorxduqlarını deyən Əsəd sözlərini belə davam edib: "Dövlətin əhəmiyyətini öyrəndilər. Onları bizə tərəf gətirən bu oldu, siyasi baxışlarını dəyişmələri yox"./Sputnik/
  • Yazılıb
  • da (də) 2016 Nov 03
  • Göndərən مدير سايت Aran News