Türkiyə xarici işlər naziri, Rusiya təyyarəsinin həlak olan pilotunun həyat yoldaşından şəxsən üzr istəməyə hazır olduğunu bildirib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə F-16-larının vurduğu Rusiya təyyarəsinin həlak olan pilotunun həyat yoldaşından şəxsən üzr istəməyə hazır olduğunu bildirib.
“AranNews”-un verdiyi xəbərə görə, Türkiyənin öldürülən rus pilot Oleq Peşkovun xanımına maliyyə yardımı etməyə hazır olduğunu qeyd edən Çavuşoğlu bunları deyib: "Ölən pilotun ailəsinə maddi yardımı etmək istərdik. Lavrova ölən pilotun həyat yoldaşının qəbul edəcəyi halda baş çəkib üzr istəmək və başsağlığı verməyə hazır olduğumu çatdırdım". /Eastnews.org/