İngiltərənin Kembric (Cambridge) şəhərində yaşayan müsəlman icması dünyanın ən bahalı ekoloji cəhətdən təmiz məscidini inşa edir.
“AranNews”, beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, şəhərin cənubunda inşa olunan ekoməscidin tikilməsi üçün 15 milyon funt-sterlinq vəsait sərf olunacaq.
Məsciddə eyni anda 1000 nəfər namaz qıla bilməklə yanaşı, iki mərtəbəli avtomobil dayanacağı, restoran və yaşıllıq zolağı da olacaq. Tikiləcək ekoməscid digər dini ibadət məkanlarından qeyri-adi dizaynı ilə fərqlənir. Beləki bunun sayəsində istifadə ediləcək elektrik enerjisinin istifadəsi xeyli aşağı düşəcək. Binada rahat temperatur ən müasir texnologiya ilə tənzimlənməsi nəzərdə tutulur. Məscidin banında bitgilər əkilib, su təmizləmə qurğuları ilə təchiz olunmaqla yanaşı, təbii enerji və işıqlandırma sistemi ilə təmin ediləcək.
Kembric müsəlmanları dini icması məscidin tikinti xərclərinin bir hissəsini 35 min velosepedin satışı ilə təmin edib.
Kembricdə 7 min müsəlman yaşayır. Hazırda bu şəhərdə 5 məscid müsəlmanların istifadəsindədir.