Tarix : 2016 Nov 05
Kod 50645

Azan səsinin qarşısını almaq üçün polisə şikayət edildi

Qüds şəhərinin meri İsrail polisinə Şərqi Qüdsdəki yəhudiləri narahat etdiyi üçün yaxınlığındakı məscidlərdə səs-küyün qarşısını alma qanununun tətbiq edilməsi çağırışı edib.
AranNews”-un verdiyi xəbərə görə, Qüds şəhərinin meri, Nir Berekat Qüds polisinə göndərdiyi və İsrail mediası tərəfindən yayımlanan yazılı mesajında müavini Yael Entebbenin məscid səsucaldanlarından çıxan azan səslərindən yəhudilərin narahat olduğu barədə şikayətlər aldığını bildirib. Berekat azanla bağlı işin Qüds Bələdiyyəsi ilə polisi, Ətraf Mühiti Mühafizə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən Fələstin rəsmiləri və fələstinli bölgə sakinləri ilə dialoq qurularaq həyata keçiriləcəyini qeyd edib. Bəzi məscidlərin səsucaldanlarının nəzarətsiz olaraq istifadə edildiyinə işarə edən Berekat sözügedən vəziyyətin bölgə sakinlərini narahat etdiyi üçün "qanunsuz" olduğunu deyib. Berekat mesajında, həmçinin atılacaq ilk addımın səsucaldandan istifadə edən və narahatlığa səbəb olan məscidlərdə axtarış aparmaq olduğunu, daha sonra isə müəzzinlərin vəzifəsi və səsucaldan istifadəsilə bağlı hüquqi aktın qüvvəyə minməsi üçün səy göstərəcəklərini bildirib. İsrail Baş naziri Binyamin Netanyahu da məscidlərdə səsucaldanlar istifadə edilərək azan oxunmasını tənqid etmiş və bunun qarşısının alınacağını qeyd etmişdi. /Sputnik/


  • Yazılıb
  • da (də) 2016 Nov 05
  • Göndərən مدير سايت Aran News