"Türkiyə bu gün artıq mənzilinizə girdi, cihadınızın hədəflərindən biri halına gəldi. Oranı işğal edin və təhlükəsiz olduğunu hesab etdiyi yerlərə qorxu salın"
Arannews.com İslaminsesi-nə istinadən verdiyi məlumata görə, "İŞİD"-ə yaxın sosial şəbəkələrdə terror təşkilatının lideri Əbubəkr əl-Bağdadiyə aid olduğu iddia edilən səs yazısı yayımlanıb.
Həqiqiliyi hələ təsdiqlənməyən 31 dəqiqəlik yazıda Mosul əməliyyatının uğursuz olacağına əmin olunduğunu deyilir və İŞİD üzvlərinə Türkiyəni işğal edin çağırışı edilir.
Səs yazısında Mosul əməliyyatına dair bəzi ifadələr belədir:
İslam Dövlətinin (İŞİD - red.) bu gün davam etdirdiyi böyük cihad və getdikcə şiddətlənən bu müharibə, qələbədən bir addım kənarda olduğumuza inamımızı artırır. Nineviya xalqı, "Allah düşmənlərinə" qarşı davam etdirdiyimiz cihadın zəifləməsinə yol verməməlidir.
31 dəqiqəlik səs yazısında Türkiyə üçün də ayrı bir bölüm var. Bağdadi aid olduğu iddia edilən səs, İŞİD üzvlərinə çağırış edərək, "artıq nifrətinizin odunu Türk əsgərlərinə boşalda bilərsiniz" cümlənsini işlədir.
"Türkiyə bu gün artıq mənzilinizə girdi, cihadınızın hədəflərindən biri halına gəldi. Oranı işğal edin və təhlükəsiz olduğunu hesab etdiyi yerlərə qorxu salın"
Bağdadi kamikadzelərə etdiyi çağırışnda :"İnanmayanların gecəsini gündüzə çevirin, torpaqlarında dağıntı yaradın, qanlarının çay kimi axmasını təmin edin"
Bağdadi öz ardıcıllarını, kafir millətlərlə əməkdaşlıq edərək İraq və Suriyada İslamla və Sünnə ilə müharibə etdiyinə görə Səudiyyə Ərəbistanın təhlükəsizlik xidməti, dövlət rəsmiləri, hakim Aə Səud ailə üzvlərinə və KİV-nə qarşı " hücum ardınca hücuma" səsləyib.
İŞİD lideri həmçinin bu ilin əvvəlində məhv edilmiş Əbu Məhəmməd Əl-Adnani (İŞİD-in media işlərinin rəhbəri - İS) və Əbu Məhəmməd Əl-Furqanı nəzərdə tutaraq "xilafətin bəzi yüksək rütbəli komandanların ölümü ilə sarsılmadığını bildirib"