Rusiya XİN-nin mətbuat katibi : “Amerikalı həmkarlarımız anlamalıdırlar ki, terror ilan kimidir, arxanı çevirdiyin an səni sanca bilər. Onunla oynamaq olmaz”
ARANNEWS- Rusiya ABŞ-ı terror təşkilatını dəstəkləməkdə günahlandırıb.Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ABŞ hökumətinin terrorçularla əməkdaşlığa son qoymalı olduğunu bildirib.
Zaxarova mövzuyla bağlı açıqlamasında bunları deyib: “Amerikalı həmkarlarımız anlamalıdırlar ki, terror ilan kimidir, arxanı çevirdiyin an səni sanca bilər. Onunla oynamaq olmaz”.
ABŞ-ın Nüsrə və İŞİD terror təşkilatlarını dəstəklədiyini iddia edən Rusiya rəsmisi “Həm Qərb, həm də region ölkələrinin Nüsrə və İŞİD terror təşkilatlarını dəstəklədiklərini hamımız bilirik. ABŞ Nüsrə və İŞİD terror təşkilatlarını qoruyur. Vaşinqtonun bu cür oyunları ilə ilk dəfə qarşı-qarşıya gəlmirik”, – deyib.