Tarix : 2016 Nov 05
Kod 50652

Moskva Tehrana lüks turist qatarı göndərəcək

"Qızıl qartal" adlı heyət Rusiyanın Kazan vağzalından yola düşəcək və Qazaxıstan, Özbəkistan və Türkmənistan ərazisindən keçəcək.
ARANNEWS- Rusiya dəmir yolları noyabrın 11-də Moskvadan İrana lüks turist qatarı göndərəcək.
Moskvadan Tehrana gedəcək turun qiyməti adam başına təxminən 20 min avro təşkil edir. Bu səyahətə  müxtəlif ölkələrdən o cümlədən Rusiya, ispaniya, Avstraliya və digər ölkələrin 40 turist qatılacaq. 
Səyahət 18 gün davam edəcək. "Qızıl qartal" adlı heyət Rusiyanın Kazan vağzalından yola düşəcək və Qazaxıstan, Özbəkistan və Türkmənistan ərazisindən keçəcək. Tur çərçivəsində Qazaxıstanın Baykonur aerokosmik stansiyasını görmək mümkün olacaq. 
Səfər Tehranda başa çatacaq. İran paytaxtında turistlər beşulduzlu otellərdə iki gecə qalacaqlar.
Qeyd edək ki,  2017-ci il üçün iki Moskva və Tehran arasında  iki tur təşkil olunacaq. Mart ayında qatar Moskvadan Tehrana gedəcək, noyabr ayında isə Tehrandan Moskvaya hərəkət edəcək.


  • Yazılıb
  • da (də) 2016 Nov 05
  • Göndərən مدير سايت Aran News