"Qızıl qartal" adlı heyət Rusiyanın Kazan vağzalından yola düşəcək və Qazaxıstan, Özbəkistan və Türkmənistan ərazisindən keçəcək.
ARANNEWS- Rusiya dəmir yolları noyabrın 11-də Moskvadan İrana lüks turist qatarı göndərəcək.Moskvadan Tehrana gedəcək turun qiyməti adam başına təxminən 20 min avro təşkil edir. Bu səyahətə müxtəlif ölkələrdən o cümlədən Rusiya, ispaniya, Avstraliya və digər ölkələrin 40 turist qatılacaq.
Səyahət 18 gün davam edəcək. "Qızıl qartal" adlı heyət Rusiyanın Kazan vağzalından yola düşəcək və Qazaxıstan, Özbəkistan və Türkmənistan ərazisindən keçəcək. Tur çərçivəsində Qazaxıstanın Baykonur aerokosmik stansiyasını görmək mümkün olacaq.
Səfər Tehranda başa çatacaq. İran paytaxtında turistlər beşulduzlu otellərdə iki gecə qalacaqlar.
Qeyd edək ki, 2017-ci il üçün iki Moskva və Tehran arasında iki tur təşkil olunacaq. Mart ayında qatar Moskvadan Tehrana gedəcək, noyabr ayında isə Tehrandan Moskvaya hərəkət edəcək.