Onlar PKK və FETÖ terror təşkilatlarına xidmət etməkdə təqsirli bilinirlər.
ARANNEWS- Türkiyənin müxalifət qəzeti Cümhuriyyətin baş redaktoru və yazarları haqqında açılan istintaqın nəticəsinə görə, qəzetin baş redaktoru Murad Sabunçu və digər 8 nəfər həbs olunub.Onlar PKK və FETÖ terror təşkilatlarına xidmət etməkdə təqsirli bilinirlər. Qəzetin əməkdaşlarının istintaqı artıq yekunlaşıb.
Murad Sabunçu, Güray Təkin Öz, Əhməd Kadri Gürsel, Hacı Musa Kart, Mustafa Kamal Güngör, Turhan Günay, Hakan Karasinir, Önder Çelik və Bülənd Utku İstanbul Respublika Prokurorluğunda aparılan istintaq çərçivəsində həbs olunmaları tələbi ilə məhkəməyə sövq ediliblər.
Hakim, şübhəlilərin həbs olunmasına qərar verib.