Arannews- Ermənistanın Baş naziri Karen Karapetyan Dağlıq Qarabağa gəlib.
erməni nazirin işğal olunmuş torpaqlara səfəri Noyabrın 4-də başlayıb. O, qondarma rejimin lideri Bako Saakyanla görüşüb.
Karapetyan həmçinin qondarma Dağlıq Qarabağ rejiminin “baş naziri” Araik Arutyunyanla da görüş keçirib.
Qeyd edək ki, bundan öncə Ermənistan vitse-spikeri Eduard Şarmazanov da Qarabağa səfər edib.