Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah, Livanda qurulacaq yeni hökumətə dəstək verəcəklərini bildirib.
“AranNews” xəbər verir ki, Nəsrullah, dünən verdiyi açıqlamasında, Hizbullahın baş nazirlik üçün Səəd Həririni dəstəkləmədiyini, amma heç bir şəkildə yeni hökumətin qurulması istiqamətində dəstəkdən də çəkinməyəcəyini söyləyib.
Seyid Həsən Nəsrullah, livanlı bütün siyasi partiyalardan, yeni hökumətin qurulması üçün dəstək vermələrini istəyib.
Mişel Aunun prezident seçilməsini Livan xalqının birlik və bərabərliyinin göstəricisi kimi qiymətləndirən Nəsrullah, xalqdan və partiyalardan hər zaman ölkənin gələcəyi və sabitliyi üçün vəhdətə əməl etmələrini istəyib. /Maide.Az/