Tarix : 2016 Nov 06
Kod 50663

Pentaqon "Əl-Qaidə" liderinin öldürüldüyünü təsdiqlədi

Əl-Qaidə liderindən Faruk əl-Kataninin Əfqanıstanda təşkil olunan hava hücumunda öldürüldüyü təsdiqlənib.
AranNews”-un verdiyi xəbərə görə, Pentaqon rəsmisi Piter Kuk “Əl-Qaidə”nin Əfqanıstanın şimal-şərqindəki nümayəndəsi olan və terror təşkilatının ölkədə "etibarlı bölgələr" yaratması tapşırığı verdiyi Kataninin Kunar vilayətinə qarşı hava hücumunda öldürüldüyünü bildirib. Kuk "Bu uğurlu hava hücumu ABŞ-ın beynəlxalq terror şəbəkələrini dağıtmaq və ABŞ-a hücum planlaşdıran terror təşkilatı liderlərini hədəfə alan hücumlarının nümunəsidir", - deyib.
“Əl-Qaidə lideri Bilal əl-Utabinin də başqa bir hava hücumunda hədəfə alındığını qeyd edən Kuk bu əməliyyatın nəticələrinin isə hələ aydın olmadığını bildirib. Avropanı hədəfə alan hücumlarda payı olduğu bildirilən Səudiyyə Ərəbistanında doğulan Katani ABŞ-ın axtarışda olan terrorçular siyahısında idi. /Sputnik/


  • Yazılıb
  • da (də) 2016 Nov 06
  • Göndərən مدير سايت Aran News