Ali-Xəlifə rejiminin həbsində olan bəhreynli ruhani Şeyx Mirza Məhrus hüquqlarının pozulmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.
“Miratul-Bəhreyn” xəbər portalının məlumatına görə, Milli Birlik İslam Cəmiyyətinin məhbus baş katibi Şeyx Əli Salmanın həyat yoldaşı Ülya Razi bildirib: Şeyx Əli Salman deyib ki, Şeyx Məhrus tələbləri reallaşana qədər öz aclıq aksiyasını davam etdirəcək.
Razi Twitterdə öz şəxsi səhifəsində yazıb: Manamada Cəvv həbsxanasının məsulları Şeyx Məhrusa icazə vermirlər ki, xəstə yaxınlarının görüşünə getsin.
Şeyx Əli Salman və Şeyx Mirza Məhrus Bəhreynin Cəvv həbsxanasındadırlar.
Bundan öncə, həbsdə olan Bəhreynin nüfuzlu ruhanilərindən Şeyx Əli Salman, Şeyx Məhəmməd Həbib əl-Miqdad, Şeyx Mirza Məhrus və Şeyx Səid Ən-Nuri cümə günü bir bəyanat verərək Bəhreyndə din xalq hərəkatı və ruhaniliklə həmrəyliyini elan ediblər.
Bəhreyn 2011-ci il fevral ayından Ali-Xəlifə rejiminə qarşı dinc etirazların şahididir.
Bəhreyn vətəndaşları siyasi islahatların aparılması, azadləq və ədalətin bərpa olunması, ayrı-seçkiliyin aradan qaldırılması, seçilmiş hökumətin iqtidara gəlməsini tələb edirlər. Lakin Ali-Xəlifə rejimi onların etirazlarına repressiya ilə cavab verir.