Tarix : 2016 Nov 06
Kod 50667

Ermənistanda genişmiqyaslı sistem dəyişiklikləri baş verəcək

Qarşıdan gələn 2-3 il Ermənistan üçün dönüş dövrü olacaq.
Arannews- Ermənistanda genişmiqyaslı sistem dəyişiklikləri baş verəcək. 
bunu Ermənistan Respublika partiyasının Qadınlar şurasının konfransının açılışında Serj Sarkisyan deyib.
Serj Sarkisyan çıxışında deyib: “Bizi ciddi və vacib dəyişikliklər gözləyir ki, bunlar simaların, yaxud adların dəyişilməsi ilə məhdudlaşmayacaq, genişmiqyaslı və sistemli olacaq. Onların nəticələrini çox gözləmək lazım gəlməyəcək. Bundan əlavə, onlar hər bir Ermənistan vətəndaşı üçün hiss edilən və aşkar olmalıdır”.
Prezident həmçinin qeyd edib ki, bu anlamda Ermənistan cəmiyyətinin genişmiqyaslı konsolidasiyası çox mühümdür.
“Qarşıdan gələn 2-3 il Ermənistan üçün dönüş dövrü olacaq”, - Sarkisyan deyib.


  • Yazılıb
  • da (də) 2016 Nov 06
  • Göndərən مدير سايت Aran News