Tehran və Bakı arasında mövcud mədəni, tarixi və dini ortaqlıqlar iki ölkə arasında iqtisadi inkişafın önəmli amilidir.
Arannews- İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri deyib: Tehran və Bakı arasında mövcud mədəni, tarixi və dini ortaqlıqlar iki ölkə arasında iqtisadi inkişafın önəmli amilidir.İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə İran Dövlətinin Dialoq Şurası və Qərbi Azərbaycan vilayətinin özəl sektorunun iclasında əlavə edib: Bu vilayətin iqtisadi fəalları sənaye, kənd təsərrüfatı və ticarət sahələrində Azərbaycan Respublikasının iqtisadi fəalları ilə əməkdaşlıq edə bilərlər.
İranın Bakıdakı səfiri deyib: İran və Azərbaycan Respublikası arasında çox münasib siyasi atmosfer vardır. Bu münasib şəraitdə iki ölkənin anlaşdığı önəmli və təsiredici layihələr izlənilməlidir.
Cahangirzadə deyib: İran və Azərbaycanın Astara-Astara dəmiryolu önəmli layihələrdən biridir. Belə ki, yaxın gələcəkdə iki ölkənin iqtisadi çiçəklənməsində önəmli rolu oynaya bilər.