Tarix : 2016 Nov 07
Kod 50673

İran Azərbaycana 2,6 milyar dollar sərmayə qoyub

Azərbaycanda təxminən 450 İran şirkəti fəaliyyət göstərir.
Arannews- İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin gömrük məsələləri üzrə fikir ayrılıqlarının həll edilməsinin zəruri olduğunu bəyan edib.
O, fərqlərin əsasən ölkələrdə tətbiq edilən standartlarla bağlı olduğunu qeyd edib: “Azərbaycan coğrafi baxımdan özünü Avropa zonasının bir hissəsi kimi görür və müvafiq standartlar tətbiq edir. Eyni zamanda, İran öz standartları olan İqtisadi Əməkdaşlıq Təşkilatının üzvüdür”.
" İran Azərbaycana 2,6 milyar dollar məbləğində sərmayə qoyub və bu vəsaitin 145 milyon dolları qeyri-neft sektoruna yatırılıb. Azərbaycanda İran kapitallı təxminən 450 şirkət fəaliyyət göstərir"- keçmiş səfir deyib .


  • Yazılıb
  • da (də) 2016 Nov 07
  • Göndərən مدير سايت Aran News