ABŞ-da keçirilən "İsrail ordusuna dəstək" kampaniyasında bu il rekord həddə vəsait yığılıb.
“AranNews”-un verdiyi məlumata görə, Hollivudun məşhur sionist aktyorları - Robert De Niro, Arnold Şvartsnegger və Cerard Batler "İsrail ordusuna dəstək" kampaniyası çərçivəsində ABŞ-ın Los Anceles şəhərində keçirilən illik "xeyriyyə gecəsində" 38 milyon dollar vəsait yığıblar. Bu rəqəm, keçən illə müqayisədə 8 milyon daha çoxdur. Bu pullar, əsasən müsəlman Fələstin xalqını məhv etmək üçün yeni silah alınmasına sərf ediləcək.
Vəsaitin qalan hissəsi isə, xidmətini başa vurmuş tənha qadın-əsgərlərə, əsgər yataqxanalarının maddi təminatına, hərbi xidmətdən sonrakı təqaüdlərə, hərbi hissələrdəki idman zallarına sərf ediləcək.