Əfqanıstandakı ABŞ qüvvələrinin komandanı, amerka əsgərlərinin keçirdiyi əməliyyatda 33 dinc əfqan vətəndaşının ölümünü təsdiqləyərək, məsələylə bağlı cinayət işi açılacağını bildirib.
Əfqanıstandakı ABŞ qüvvələrinin komandanı general Con Nicolson cümə günü amerka əsgərlərinin keçirdiyi əməliyyatda 33 dinc əfqan vətəndaşının ölümünü təsdiqləyərək, məsələylə bağlı cinayət işi açılacağını bildirib.
“AranNews”-un verdiyi məlumata görə, ABŞ-lı general baş vermiş hadisədən kədərləndiklərini bildirib.
Qeyd edək ki, bir neçə gün öncə ABŞ əsgərlərinin Əfqanıstanın Qunduz şəhərinin Buz Qandahari kəndində apardıqları əməliyyat nəticəsində 17-si uşaq olmaqla 33 dinc vətəndaş qətlə yetrilib.
ABŞ-lı general baş vermiş olayla bağlı əfqan həmikarları ilə birgə əməkdaşlıq edəcəklərini də qeyd edib. /Avropa.info/