İranın Astara Gömrük İdarəsinin  baş direktoru: Astara (iran) gömrük idarəsi Ərbəin zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə tam hazırlıqlı vəziyyətə gətirilib.
  Arannews- "Ərbəin ziyarəti yaxınlaşır və çox sayda azərbaycanlı zəvvarların bu ziyarətə gedəcəyini nəzərə alaraq Azərbaycan Gömrüyü və digər əlaqədar qurumların əməkdaşlığı ilə Ərbəin zəvvarlarına daha yaxşı xidmət məqsədi ilə Astara Sərhəd-Buraxılış Məntəqəsinin iş saatını uzada bilərik". Bunu İranın Astara Gömrük İdarəsinin  baş direktoru  Rəsul Ümidi deyib. 
R.Ümidi deyib ki, Astara (iran) gömrük idarəsi Ərbəin zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə tam hazırlıqlı vəziyyətə gətirilib.  “Buraxılış məntəqəsinin iş saatının artırılması azərbaycanlı zəvvarların gediş-gəlişini asanlaşdıracaq. Digər aidiyyatı qurumlar və Azərbaycan tərəfi də razı olarsa bunu etmək mümkündür”.