Tarix : 2016 Nov 07
Kod 50681

Ərbəin ziyarətinə gedən azərbaycanlıların gediş-gəlişini asanlaşa bilər

İranın Astara Gömrük İdarəsinin baş direktoru: Astara (iran) gömrük idarəsi Ərbəin zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə tam hazırlıqlı vəziyyətə gətirilib.
Arannews- "Ərbəin ziyarəti yaxınlaşır və çox sayda azərbaycanlı zəvvarların bu ziyarətə gedəcəyini nəzərə alaraq Azərbaycan Gömrüyü və digər əlaqədar qurumların əməkdaşlığı ilə Ərbəin zəvvarlarına daha yaxşı xidmət məqsədi ilə Astara Sərhəd-Buraxılış Məntəqəsinin iş saatını uzada bilərik". 
Bunu İranın Astara Gömrük İdarəsinin  baş direktoru  Rəsul Ümidi deyib. 
R.Ümidi deyib ki, Astara (iran) gömrük idarəsi Ərbəin zəvvarlarının gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə tam hazırlıqlı vəziyyətə gətirilib.  “Buraxılış məntəqəsinin iş saatının artırılması azərbaycanlı zəvvarların gediş-gəlişini asanlaşdıracaq. Digər aidiyyatı qurumlar və Azərbaycan tərəfi də razı olarsa bunu etmək mümkündür”.


  • Yazılıb
  • da (də) 2016 Nov 07
  • Göndərən مدير سايت Aran News