Tarix : 2016 Nov 07
Kod 50682

Ermənistan beynəlxalq hüquq normalarına zidd addımlar atır

Erməni tərəfi bu cür addımları atmağa cürətləndirən təbii ki, beynəlxalq qurumların seyrici olaraq qalmasıdır.
Arannews- Azərbaycanın Qarabağ ərazilərindəki separatçı işğalçı rejim Dağlıq Qarabağın adının dəyişdirilməsi barədə qərar qəbul edib. Həmin qərara əsasən, Dağlıq Qarabağ “Artsax Respublikası” adlanacaq. Bunu həmin rejimin nümayəndəsi Aşot Qulyan bildirib.
Politoloq Fikrət Sadıqov deyib ki, qondarma rejimin ad dəyişdirmək məsələsi əslində dünya birliyinin diqqətini özlərinə cəlb etmək cəhdindən başqa bir şey deyil: “Hər dəfə danışıqlar ərəfəsində erməni tərəfi ümumi maraqlara, beynəlxalq hüquq normalarına zidd addımlar atır. Hesab edirlər ki, referendum vasitəsi ilə bəzi dairələr bu mövzuya daha artıq diqqət ayıracaqlar və daha ciddi şəkildə müdafiə edəcəklər. Bu özü özlüyündə boş bir mövzudur və reallıqla heç bir əlaqəsi yoxdur. Qondarma respublikanın adının nə olmasından asılı olmayaraq, reallıq və əsas mövzu olduğu kimi dəyişməz qalır. Erməni tərəfi bu cür addımları atmağa cürətləndirən təbii ki, beynəlxalq qurumların seyrici olaraq qalmasıdır. Əgər əsas qüvvələr erməni tərəfinə müəyyən təzyiqlər göstərsəydilər, onda bu cür addımları müşahidə edə bilməzdik. Bu addım heç bir formada mövzuya təsir etmir və mövzu öz status kvosunda qalmaqda davam edir. Amma bu sadəcə olaraq təxribat xarakter daşıyan bir addımdır”.


  • Yazılıb
  • da (də) 2016 Nov 07
  • Göndərən مدير سايت Aran News