Arannews- Azərbaycanın rayonlarındaki vəhabilər ailələri ilə birlikdə paytaxt Bakıya axın etməyə başlayıblar. -aradağ və Yasamal rayonlarında aparılan araşdırmadan məlum olub ki, bölgələrdən gələn vəhabilər kirayə evlər tutur və orada məskunlaşırlar. vəhabilərin son həftələrdə çoxalmasını rayonlarda yaşayan sakinlər də təsdiq edirlər.
Lakin sakinlər vəhabilərin Azərbaycan rayonlarından, yoxsa digər ölkələrdən gəldikləri barədə heç bir məlumata sahib olmadıqlarını deyirlər.
Rus mənbələrdən xəbərdarlıq:
Rusiya KİV-lərində vəhabilərin daşıyıcı olan “Qaidə” şəbəkəsinə daxil terror təşkilatlarının (İŞİD, “ən-Nüsra”) üzvlərinin tədricən Yaxın Şərqdən çıxmaları barədə məlumatların yayıldığı vaxt bu, narahatlığa səbəb olmalıdır. Rusiya mənbələri yazırlar ki, Suriya və İraqdan qaçmağa başlayan Orta Asiya, Rusiya, o cümlədən Azərbaycandan olan radikal vəhabilər öz ölkələrinə qayıtmağa başlayıblar. Birdən-birə vəhabilərin paytaxtda çoxalmaları da müəyyən ehtimallar yaradır.
Şəbəkələşmə prosesinə start verilib?
Azərbaycan Respublikasının vəhailəri və digərləri ölkə hüdudlarından kənarda fəaliyyət göstərən terrorçu silahlı birləşmələrin nümayəndələrinin internet vasitəsi ilə göndərdikləri gizli tapşırıqlar əsasında terror təşkilatının Azərbaycanda “Qafqaz camaatı” adlı silahlı qolunun yaradılması, rəhbərinin seçilməsi, təşkilatlanaraq vəhabilik zəminində digər şəxslərin cinayətkar fəaliyyətə cəlb edilməsi məqsədi ilə sövdələşmələr aparıb, qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib terror aktları və silahlı basqınlar törətməyə hazırlıq hərəkətləri görüblər.
Təhlükəsizlik üzrə ekspertlər Yaxın Şərqdən qaçaraq Azərbaycana üz tutan, o cümlədən Azərbaycanın özündə fəaliyyət göstərən radikalların şəbəkələşməyə başladıqlarını istisna etmirlər.
Hesab olunur ki, bu, Suriya və İraqda sıxışdırılan “Qaidə” şəbəkəsinin özünə yeni məkan axtarışının nəticəsidir. Ekspertlər paytaxtda artan vəhabilərin “Qafqaz camaatı”nın üzvləri olması ehtimalını da gözardı etmirlər. Hüquq mühafizə və təhlükəsizlik orqanlarının paytaxt və ətrafında, bölgələrdə təhlükəsizlik tədbirlərini gücləndirməsi də terror təhlükəsinin Azərbaycana yaxınlaşmasından xəbər verir.