İŞİD-in mətbuat orqanlarında terrorçu təşkilatın lideri Əbubəkr əl-Bağdadiyə aid olduğu söylənən bir səs yazısı yayımlanıb.
“AranNews”-un verdiyi xəbərə görə, Dəqiqliyi hələ təsdiqlənməyən 31 dəqiqəlik səs yazısında Mosul əməliyyatının uğursuz olacağına əmin olduğu və İŞİD üzvlərinə “Türkiyəni işğal edin”, - deyilir. Səs yazısında Mosul əməliyyatına dair bunlar deyilir: "İslam dövlətinin bu gün davam etdirdiyi böyük cihad və getdikcə şiddətlənən bu müharibə qələbədən bir addım kənarda olduğumuza inamımızı artırır. Neynəva əhalisi "Allah düşmənləri"nə qarşı davam etdirdiyimiz cihadın zəifləməsinə yol verməməlidir”.
31 dəqiqəlik səs yazısında Türkiyəylə bağlı da önəmli hissə var. Bağdadiyə aid olduğu iddia edilən səs yazısında İŞİD üzvlərinə çağırış edilərək, "Artıq nifrətinizin odunu Türkiyə əsgərlərinə boşalda bilərsiniz", - cümləsi işlədilir. Səs yazısında Türkiyə ilə bağlı digər bir hissədə isə "Türkiyə bu gün artıq mənzilinizə girib, rəhbərliyinizin hədəflərindən biri halına gəlib. Oranı işğal edin və təhlükəsiz hesab etdiyi yerlərə qorxu salın", - sözləri yer alır.
Səs yazısında, həmçinin "kafir" kimi səciyyələndirilən Səudiyyə Ərəbistanına da hücum çağırışı var. /Reuters/