İŞİD-ə qoşulan vətəndaşlarının geri qayıdıb hücum təşkil etməsindən narahat olan İngiltərə hazırladığı 200 nəfərlik "ölüm siyahısı”nı İraqdakı qüvələrinə verib.
“AranNews”-un verdiyi xəbərə görə, “The Times”da yer alan xəbərə görə İngiltərə İraqda xidmət edən SAS qüvvələrinə İngiltərə vətəndaşı olan terorçulardan ibarət 200 nəfərlik siyahı təqdim edib və bu şəxslərin İngiltərəyə dönmədən öldürülməsi əmrini verib.
Xəbərdə desantlara siyahıda adı qeyd edilən terrorçuların ölü, ya da diri olaraq ələ keçirilməsi üçün edilə biləcək hər şeyin edilməsi tapşırığının verildiyi də qeyd edilib. /Sputnik/