Tarix : 2016 Nov 08
Kod 50689

Ərbəinin bizə öyrətdiyi dərs

Ərbəinin bizə verdiyi dərs budur ki, düşmənin təbliğat tufanı qarşısında şəhadət xatirəsini və həqiqətini diri saxlayaq.
Ərbəinin bizə verdiyi dərs budur ki, düşmənin təbliğat tufanı qarşısında şəhadət xatirəsini və həqiqətini diri saxlayaq. Baxın, inqilabın əvvəlindən bu günə kimi inqilab, İmam Xomeyni, İslam və bu xalqa qarşı hansı ölçülərdə təbliğatlar olmuşdur! İslamın, vətənin, xalqın heysiyyət və şərəfini qoruduğumuz müqəddəs müdafiə əleyhinə hansı tufan və təbliğatlar aparılırdı. Görün, ən böyük sərmayələri olan canlarını Allah yolunda fəda edən əziz şəhidlərə qarşı düşmən nələr etdi! Birbaşa və dolayı yollarla, radiolarla, qəzet, jurnal, kitab çap etməklə dünyanın hər yerində sadəlövh insanların zehnilərində nələr yarada bildilər!
Hətta, müharibə getdiyi bir zamanda öz ölkəmizdə də bəzi sadə, nadan, həmçinin üzürlü və üzürsüz adamlar bəzən elə sözlər danışırdılar ki, bu sözlər onların həqiqəti dərk etməməsindən xəbər verirdi. Bu sözlər İmamı narahat edirdi və onu mələkuti fəryadlarla həqiqəti açıq-aydın bəyan etməyə məcbur edirdi.
Bu təbliğatların qarşısında haqq təbliğat olmasaydı və olmasa, İran xalqının, söz, qələm incəsənət əhlinin maarifi ölkədə olan həqiqətlərin xidmətində dayanmasa, təbliğat meydanında düşmən qalib gələcək. Təbliğat meydanı çox böyük və təhlükəli bir meydandır. Əlbəttə, inqilabın bərəkəti ilə xalqımız düşmən təbliğatı qarşısında sığortalanmışdır. Düşmən o qədər yalan danışdı və camaatın gözü qarşısında o qədər düzü əyri göstərməyə cəhd etdi ki, sonda xalqın dünya təbliğatının sözlərinə, iftiralarına, uydurmalarına inamı tamamilə itdi.
Yezidin zülm aparatı öz təbliğatı ilə Hüseyn ibn Əlini (ə) məhkum etməyə çalışırdı və o həzrəti adil və islami bir hökumətə qarşı çıxmış üsyançı, dünya üçün qiyam etmiş bir şəxs kimi göstərməyə təlaş edirdi. Bəziləri də bu yalan təbliğata uymuşdular. Hüseyn ibn Əli (ə) Kərbəla səhrasında zalımların əli ilə faciəli şəkildə şəhid olduqdan sonra bunu bir fəth və qələbə kimi cilvələndirməyə cəhd etdilər. Ancaq imamət məktəbinin düzgün təbliğatı bütün bu uydurmaları dəyişdi. Haqq belədir.



  • Yazılıb
  • da (də) 2016 Nov 08
  • Göndərən مدير سايت Aran News