beynəlxalq təşkilatlar indiyə qədər Dağlıq Qarabağla bağlı bütün məsələlərdə heç bir effektiv rol oynamayıblar.
Arannews- Ermənilər düz yüz ildən çoxdur ki, taktikalarını müxtəlif mərhələlərdə dəfələrlə dəyişiblər.Bunu Azərbaycan Respublikasınln millət vəkili Astan Şahverdiyev separatçı rejimin Dağlıq Qarabağın adının dəyişdirilməsi barədə qərar qəbul etməsinə münasibət bildirərkən deyib. Deputat bildirib ki, ermənilər tamam başlarını itiriblər:
“Ermənilər heç özləri də bilmirlər ki, “artsax” sözünün mənası nədir. “Artsax” - əslində alban sözüdür. İndi bu məsələnin yenidən ortaya atılması birbaşa danışıqlar prosesini pozmağa yönəlib və növbəti təxribatdır. Dağlıq Qarabağ birmənalı olaraq Azərbaycan torpağıdır. Mənə elə gəlir ki, beynəlxalq təşkilatlar nəinki bu məsələdə, indiyə qədər Dağlıq Qarabağla bağlı bütün məsələlərdə heç bir effektiv rol oynamayıblar. Ermənistan isə bu cür canfəşanlıqlarla heç nə əldə edə bilməyəcək”.
Millət vəkili bildirib ki, əgər Dağlıq Qarabağ münaqişəsi sülh yolu həll olunmazsa, onda alternativ yolla əl atılacaq.
Qeyd edək ki, Azərbaycanın Qarabağ ərazilərindəki separatçı işğalçı rejim Dağlıq Qarabağın adının dəyişdirilməsi, “Artsax Respublikası” adlandırılması barədə qərar qəbul edib.