Tarix : 2016 Nov 08
Kod 50695

XİN RƏHBƏRİ: "Dağlıq Qarabağ münaqişənin həllində ləngimə var"

Elmar Məmmədyarov: "Ermənistan tərəfi irəliləyişə hazır deyil".
Arannews- “Təəssüf ki, Dağlıq  Qarabağ münaqişənin həllində ləngimə var”. Bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov italiyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Sankt-Peterburq görüşündən sonra irəliləyişə ümid var idi: “Bizdə ümid yaranmışdı ki, düz istiqamətdə işləyirik və nəticə ola bilər. Təəssüf ki, Ermənistan tərəfi irəliləyişə hazır deyil. Özləri də deyirlər ki, status kvonu dəyişməyə hazır deyillər. Hazırda Hamburqda görüş planlaşdırılır. Həmsədrlərin belə bir təklifi var. Azərbaycan tərəfi Hamburqda görüşə razılıq verib.  İstəyərdim ümidverici söz deyim, amma görünür Ermənistan tərəfi məsələni ləngidir".


  • Yazılıb
  • da (də) 2016 Nov 08
  • Göndərən مدير سايت Aran News