İran xarici işlər naziri Cavad Zərif Livan səfəri çərçivəsində fələstinli partizan qrupların liderləri bir araya gəlib.
“AranNews”-un verdiyi məlumata görə, Fələstinli partizan qrupların lideri ilə keçirdiyi görüşdən şərəf duyduğunu dilə gətirən Zərif Fələstini İslam dünyasının ən mühüm məsələsi kimi qiymətləndirib.
Xarici işlər naziri Zərif İranın əsas siyasətinin Fələstin olduğunu bildirərək, "Hazırda bütün dünya və regionumuz iki böyük təhlükəylə üz-üzədir. Bu təhlükələrdən biri sionist rejimdir.
Sözügedən işğalçı rejim dünyadakı sülh və təhlükəsizlik üçün ciddi təhlükədir. Sionist rejim 200 nüvə başlığına malikdir. Bundan daha böyük bir təhlükə nə ola bilər? Bütün beynəlxalq qanunlar və insan hüquqlarını pozan sionist rejim şər işlərdə sərhəd tanımır", - deyə qeyd edib.
Bəzi İslam ölkələrinin sözügedən təhlükəni görməməzliyə vurduğunu qeyd edən Zərif İran dövləti və xalqının İsraildən daha təhlükəlisini tanımadığını vurğulayıb. Dünya və bölgə üçün təhlükə törədən ikinci məsələnin terrorizm olduğunu qeyd edən İran xarici işlər naziri terrorçuların İsrail üçün hər hansı bir təhlükə təşkil etmədiyinə diqqət çəkib. / Mehrnews.com/